MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"DAĞ" layihəsinin iştirakçıları Azərbaycanda və Türkiyə Respublikasında müxtəlif ali təhsil müəssisələrinə qəbul oldular

16:11 02.09.2022



Gənclərin inkişafı ilə bağlı həyata keçirdiyimiz layihələrdən biri də "Düşünən Azərbaycan Gənci" (DAĞ) kraudfandinq platformasıdır. İki ildir ki, Sabirabadda yaşayan aztəminatlı ailələrin övladlarına ali təhsil müəssisələrinə hazırlıq üçün dəstək göstərilir. Müvafiq sınaq imtahanlarından keçən 10 gənc bir il müddətində "Kainat" kurslarında hazırlıq keçirlər.
Bu il isə layihənin həyata keçirilməsinə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi dəstək oldu. Bunun nəticəsində gənclər həm Azərbaycanda həm də Türkiyə Respublikasında müxtəlif ali təhsil müəssisələrinə qəbul oldu. Bu cür nəcib dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanıma təşəkkür edirik.
Mən də gənclərlə görüşdüm, onları təbrik etdim və gələcək inkişafları ilə bağlı fikirlərimi onlarla bölüşdüm. Uğurlar gənclər!
Bizim müraciətimiz əsasında bu ildən "Kainat" kursu Sabirabad şəhərində də filial açdı. Bundan sonra "Kainat" kursları hər il 10 aztəminatlı ailənin övladını bizim layihəmizin adından pulsuz hazırlaşdıracaq. Bu isə layihəmizin davamlığı üçün planlaşdırılmış və mühüm addım idi.